Bakı. Trend:
Futbol üzrə Mərakeş milli komandasının baş məşqçisi Valid
Reqraqi vəzifəsindən ayrılıb.
Trend xəbər verir
ki, 50 yaşlı mütəxəssis bununla bağlı Mərakeş Futbol
Assosiasiyasına müraciət edib.
Qurum rəhbərliyi V.Reqraqi ilə qarşılıqlı razılıq əsasında
əməkdaşlığa son qoyub.
Təcrübəli məşqçinin karyerasını Səudiyyə Ərəbistanında davam
etdirəcəyi ehtimal olunur.
Xatırladaq ki, Mərakeş yığması 2026-cı il dünya çempionatının
qrup mərhələsində Braziliya, Haiti və Şotlandiya komandaları ilə
qarşılaşacaq.

