Aİ ölkələrinin əksəriyyətində uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdıracaq

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti yaxın bir il ərzində
yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə girişini
qanunla

Trend xəbər verir
ki, bunu Rumıniya prezidentinin müşaviri Sorin Kostrey Digi24
televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rumıniya da Avropa siyasətinə uyğun hərəkət
etməlidir, belə ki, ölkədə gənclərin sosial şəbəkələrə çıxışının
tənzimlənməsinə ehtiyac var. Kostrey əmin edir ki, bəzi sosial
platformalar alkoqol və siqaret kimi “rəqəmsal asılılıq”
yaradır.




Sosial şəbəkələrdən istifadəyə hansı yaşdan icazə verilməli
olduğu ilə bağlı suala Kostrey konkret cavab verməkdə çətinlik
çəkib və “tədqiqatlara ehtiyac olduğunu” vurğulayıb.

O, söhbətin 14, 15 və ya 16 yaşdan gedə biləcəyini istisna
etməyib.