“Nyukasl”ın kapitanı “Qarabağ”a qarşı oynaya bilməyəcək

Baş səhifə

Bakı. Trend:

“Nyukasl”ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının
pley-off görüşlərində “Qarabağ”a qarşı oynaya bilməyəcək.

Trend xəbər verir ki, bu
barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi
Hou deyib.

Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan
kənar qalacaq.




28 yaşlı futbolçunun bud əzələsindən ciddi zədə alıb.

Xatırladaq ki, Azərbaycan çempionunun “sağsağanlar”la duelləri
fevralın 18-də və 24-də baş tutacaq.