ABŞ ordusunun PUA-sı İranın cənubundakı Oman körfəzində kəşfiyyat apardı

Baş səhifə

Bakı. Trend:

ABŞ-yə məxsus “MQ-4C Triton” uzunmənzilli elektron müşahidə
pilotsuz uçuş aparatı İranın cənub-şərq sahillərində bir neçə
saatlıq uçuş həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə “Flightradar24” xidməti
bildirib.




Pilotsuz uçuş aparatı Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra
hava bazasından buraxılıb və İran yaxınlığındakı Oman körfəzindəki
beynəlxalq sular üzərində bir neçə saat uçub.