Qusarda avtobus aşdı – Xəsarət alanlar var

Baş səhifə

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.

Modern.az xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı “Lada” markalı minik avtomobilinə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.