Bakı. Trend:
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam
Liviyada evinin həyətində sui-qəsd cəhdi nəticəsində öldürülüb.
Trend-in məlumatına görə, bu barədə “Al Hadath” televiziya
kanalı xəbər verib.
Qəddafi ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə,
əl-İslam evinin yaxınlığındakı bağda olarkən ölümcül yaralanıb.
Hücum edənlər 4 nəfərdən ibarət olub və hamısı tez bir zamanda
hadisə yerindən qaçdı.
Öz növbəsində, Tripolidə yerləşən Milli Razılıq Hökumətində
(GNA) Müdafiə Nazirliyinə tabe olan 444-cü Döyüş Briqadası
Qəddafinin böyük oğlunun silahlı toqquşmalar zamanı öldürüldüyünü
iddia edib.

