
Bakı. Trend:
2025-ci ildə SOCAR DALĞIC-ın ixracdan əldə etdiyi gəlirlər 1,9
milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər
verir.
Məlumata görə, 2024-cü ildə gəlirlər haqda məlumatlar dərc
olunmayıb.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha
sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR
Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq
Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir
Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “İstisu”
mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

