
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Tunisə 227,9 milyon ABŞ dolları
dəyərindən bitumlu süxurlardan əldə edilmiş 4432 min ton xam neft
və neft məhsulları ixrac olunub.
Trend bu haqda
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin göstəriciləri ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 51,9 milyon ABŞ dolları və ya 18,5 faiz, həcm baxımından
isə 14,1 min ton və ya 3,2 faiz azdır.
2024-cü ildə Azərbaycandan Tunisə 279,8 milyon dollar dəyərində
446,1 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.
Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.


