
Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə
təqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac
edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
36,045 milyon ABŞ dolları olub.
Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%,
dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və
İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat
elektrik enerjisi idxal edib.


