Bakı. Trend:
İsveçdə sığınacaq üçün müraciət edən şəxslərin sayının azalması
davam edir.
Trend xəbər verir ki, 2025-ci
ildə müraciətlərin sayı əvvəlki illə müqayisədə təxminən 30 faiz
azalıb və 6 735 nəfər təşkil edib. Bu göstərici həm əvvəlki illərin
rəqəmlərindən, həm də 2016–2022-ci illər üzrə orta səviyyədən xeyli
aşağıdır. Həmin dövrdə hər il 20 mindən çox müraciət qeydə
alınırdı.
Hakimiyyət orqanları bildirirlər ki, sığınacaq verilməsi ilə
bağlı miqrasiya son 40 il ərzində ən aşağı səviyyədədir və azalma
davam edir. Eyni zamanda, vətənə qayıdanların — həm könüllü, həm də
məcburi qaydada geri göndərilənlərin sayı əhəmiyyətli dərəcədə
artıb. 2025-ci ildə ölkəni 8 312 nəfər tərk edib ki, bu da hazırkı
hökumətin 2022-ci ildə hakimiyyətə gəldiyi dövrlə müqayisədə 60
faiz çoxdur.
2025-ci ildə verilmiş ümumi yaşayış icazələrinin (79 684) yalnız
6 faizi sığınacaqla bağlı olub, halbuki 2018-ci ildə bu göstərici
31 faiz təşkil edirdi. Həmçinin cinayət törətməsinə görə məhkum
olunmuş şəxslərin deportasiyalarının sayı da artıb.
Ümumavropa miqyasında qaçqınların kütləvi axını üçün nəzərdə
tutulan mexanizm çərçivəsində müvəqqəti oturum icazəsi almış
Ukrayna vətəndaşları bu statistikaya daxil edilmir.

