Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Baş səhifə

Bakı. Trend:

Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin
müəyyən müddətə bağlanılmasına yol veriləcək.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.




Qanuna əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin
müəyyən müddətə bağlanılmasına yol veriləcək:

  • təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi
    hallarda;
  • əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında
    Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək
    fəaliyyətinə cəlb olunduqda.