Yasamalda binada baş verən yanğının tam söndürülməsi üçün iş aparılır (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş
operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd
Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın
məhdudlaşdırılıb.

Bu barədə Trend-ə ️FHN-in Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində
əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

19:45
xxx




Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada
yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə ️FHN-in Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə,
Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin
qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.