Bakı. Trend:
Nigeriyanın şimalında yerləşən bir kənddə silahlı şəxslərin
açdığı atəş nəticəsində ən azı 30 nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə Vanguard News xəbər portalı məlumat yayıb.
Məlumata görə, hücum edənlər bir neçə nəfəri də girov
götürüblər, hazırda onların dəqiq sayı müəyyənləşdirilir. Yerli
sakinlərin bildirdiyinə görə isə ölənlərin sayı 37 nəfərə çata
bilər.
Hücum Niger əyalətinin Kasuvan-Daji kəndində baş verib. Silahlı
şəxslər motosikletlərlə kəndə daxil olaraq mülki şəxslərə qarşı
ayrı-seçkilik etmədən atəş açıblar. Hücum zamanı mağazalar talan
edilib, yerli bazar isə yandırılıb.
Qeyd olunur ki, Nigeriyanın müxtəlif bölgələrində fəaliyyət
göstərən silahlı dəstələr soyğunçuluqla məşğul olur, insanları
öldürür, girovları fidyə qarşılığında saxlayır, mal-qara oğurlayır
və əhalini hədələyirlər. Bu qruplaşmalara qarşı mübarizə məqsədilə
Nigeriya hökuməti digər tədbirlərlə yanaşı, bölgələrə ordu
qüvvələri də yerləşdirir.

