“Air China” “Airbus”dan 9,5 milyard dollarlıq 60 “A320neo” təyyarəsi alır

Baş səhifə

Bakı. Trend:

Çinin “Air China” aviaşirkəti Avropa aerokosmik şirkəti “Airbus”
ilə ümumi dəyəri təxminən 9,5 milyard dollar olan 60 ədəd “A320neo”
tipli təyyarənin alınmasına dair müqavilə imzaladığını
açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə şirkətin mətbuat açıqlamasında
bildirilir.




Məlumata əsasən, sözügedən təyyarələrin 2028–2032-ci illər
arasında mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, çərşənbə axşamı “China Aircraft Leasing” şirkəti
Britaniya Virgin Adalarında yerləşən törəmə şirkəti CALC vasitəsilə
“Airbus”dan 30 ədəd A320neo təyyarəsi almağa razılaşdığını elan
edib. Bundan bir gün əvvəl isə Çinin “Spring Airlines” və “Juneyao
Airlines” aviaşirkətləri müvafiq olaraq 30 və 25 ədəd A320
təyyarəsi almaq planlarını açıqlayıblar.