
Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts 2026-cı ilin həm Almaniya, həm
də bütövlükdə Avropa üçün həlledici il ola biləcəyini bildirib
Trend-in
məlumatına görə, bu fikirləri kansler hökumət başçısı kimi millətə
ilk Yeni il müraciətində səsləndirib.
Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bu dəyişikliklər
Avropanın təhlükəsizliyinə və rifahına birbaşa təsir göstərir.
Merts Almaniyanın üzləşdiyi əsas çağırışlar sırasında
Ukraynadakı münaqişəni, iqtisadi təzyiqləri, proteksionizmin
artmasını və ABŞ ilə münasibətlərin xarakterində baş verən
dəyişiklikləri qeyd edib. Kansler vurğulayıb ki, mövcud şəraitdə
Avropa öz maraqlarını daha güclü şəkildə müdafiə etməli və
təhlükəsizlik sahəsində məsuliyyəti artırmalıdır.


