Hindistanda ağır yol qəzası – Çox sayda ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Hindistanın cənubunda yerləşən Karnataka ştatında ağır yol
qəzası baş verib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, sərnişin avtobusunun yük maşını ilə
toqquşması nəticəsində azı 9 nəfər həlak olub, 20-dən çox insan
xəsarət alıb.




Məlumata görə, toqquşmadan sonra avtobus alışaraq yanmağa
başlayıb. Həmin an sərnişinlərin çoxu yatdığından nəqliyyat
vasitəsini tərk edə bilməyiblər.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyaya
görə, yük maşını yol ayırıcında anidən əks-hərəkət istiqamətinə
çıxaraq avtobusla toqquşub.