Mərkəzi Bankın gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər məlum olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə
olmaqla ictimaiyyətə təqdim ediləcək.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.




Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə
fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun
5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də
açıqlanacaq.

“2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində
qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq,
həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir.
Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir”, –
məlumatda vurğulanıb.