Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər

Baş səhifə

Bakı. Trend:

Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər.

Trend xəbər verir ki, katalon
klubu komandanın baş məşqçisinin müqaviləni 2028-ci ilin iyununa
qədər uzatmaq istəyib-istəmədiyi ilə maraqlanır. Flik əvvəlcə
2026/27 mövsümündən sonra karyerasını başa vurmağı planlaşdırırdı,
lakin indi planlarını dəyişə bilər.




Flik klubdan və layihədən çox razıdır. Ailəsi Barselonada
yaşamağı bəyənir. Məşqçinin klubun idman direktoru Deko və klubun
prezidenti Xuan Laporta ilə münasibətləri yaxşıdır. Alman
mütəxəssis hesab edir ki, onun gələcəyi böyük ölçüdə Laportanın
vəzifəsində qalıb-qalmamasından asılıdır.

Xatırladaq ki, “Barselona”da prezident seçkiləri 2026-cı ildə
keçiriləcək.