Misir XİN rəhbəri: Afrika ölkələri BMT TŞ-də öz layiqli yerlərini tutmalıdır

Baş səhifə

Afrika ölkələri BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatlarda öz layiqli yerlərini tutmalıdırlar.

APA xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Əti Qahirədə keçirilən Rusiya-Afrika nazirlər görüşündən sonra deyib.

“Afrika uzun müddətdir ki, əzilir və bu, davam edə bilməz. O, BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda öz layiqli yerini tutmalıdır”, – nazir bildirib.

Qeyd edək ki, Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransı 19-20 dekabr tarixlərində Qahirədə keçirilib.