
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord
məbləğdə — 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Trend xəbər verir
ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.
Prezident bəyan edib: “Bu qanun Müharibə Departamentinə mənim ‘Güclə Sülh’ siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici
təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını
gücləndirməyə imkan verəcək”.
Təxminən 3 min səhifəlik qanun layihəsi hərbi qulluqçuların
maaşının 4 faiz artırılmasını, Pentaqonun sürətləndirilmiş silah
tədarükünü, “Qızıl Qübbə” raketdən müdafiə sisteminin qurulmasını
və döyüş hazırlığının təkmilləşdirilməsini əhatə edir. Bundan
başqa, ABŞ 2026 və 2027-ci illərdə Ukraynaya 400 milyon dollar
dəstək göstərəcək.


