Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Qəzza zolağında
sülh prosesinin növbəti mərhələsini müzakirə etmək üçün Mayamidə
Qətər, Misir və Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə
görüşəcək.
Trend xəbər verir
ki, bu barədə Axios portalı məlumat yayıb.
Görüşdə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin
Əbdürrəhman Əl-Sani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və
Misirin xarici işlər naziri Bədr Əbdül Ata iştirak edəcəklər.

