
Bakı. Trend:
Keçmiş NASCAR pilotu Qreq Bifflə məxsus “Cessna C550” biznes
təyyarəsi Şimali Karolinada Steytvil hava limanına eniş edərkən
uçuş-enmə zolağının sonunda qəzaya uğrayıb.
Trend-in
məlumatına görə, hadisə nəticəsində altı nəfər həyatını itirib.
Ölənlərin arasında Qreg Biffl, həyat yoldaşı Kristina, oğlu
Rayder və qızı Emma olduğu təsdiqlənib.

