Türkiyə Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edib

Baş səhifə

Türkiyə Milli Müdafiə Nazirliyi 15 dekabrda Ankara səmasında zərərsizləşdirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı açıqlama yayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazirliyin məlumatına görə, PUA ölkənin hava sahəsinə Qara dəniz tərəfdən daxil olub.

Ankaraya qədər irəliləyən PUA F-16 qırıcıları tərəfindən dərhal zərərsizləşdirilib.

Müdafiə Nazirliyindən bununla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edildiyi vurğulanıb.