İranda silahlı insident: 3 polis əməkdaşı öldürülüb

Baş səhifə

Bakı. Trend:

Ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan
vilayətinin Fəhrəc rayonunda baş verən silahlı insidentdə 3 polis
əməkdaşı və bir mülki vətəndaş öldürülüb.

Trend-in
məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu
(SEPAH) məlumat yayıb.

Məlumata görə, insidentə səbəb rayonda qurulan yoxlama-keçid
məntəqəsinə naməlum silahlıların hücum etməsi olub.




Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşı
cəlb olunub və faktla bağlı araşdırma aparılır.

Naməlum silahlılar haqda əlavə məlumat verilməyib.