Aİ ölkələrinə yaxın vaxtlarda Rusiya neftinin tədarükünün qadağan edilməsi təklif olunacaq

Baş səhifə

Avropa Komissiyası 2026-cı ilin əvvəlində Avropa İttifaqına üzv ölkələrin Rusiya neftini satın almasını qadağan etməyə dair təkliflə çıxış edəcək.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorgensen bildirib.

“2026-cı ilin əvvəlində Avropa Komissiyası Aİ-yə Rusiya neftinin qalan tədarükünün qadağan edilməsi ilə bağlı təklif təqdim edəcək”, – deyə o vurğulayıb.

Qeyd olunur ki, Rusiya neftinin Aİ-yə dəniz yolu ilə tədarükü hələ 2023-cü ildə qadağan edilib. Hazırda isə bu neft boru kəmərləri vasitəsilə Avropa ölkələrinə, xüsusilə Macarıstana nəql olunur.