Aİ Rusiyaya qarşı sanksiya siyahılarına 40 gəmi daxil edəcək

Baş səhifə
Aİ Rusiyaya qarşı sanksiya siyahılarına 40 gəmi daxil edəcək

Avropa İttifaqı Rusiya ilə bağlı sanksiya siyahılarına daha 40 gəmi daxil etmək niyyətindədir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

“Bu gün biz kölgə donanmasındakı gəmilərlə bağlı qərar qəbul edəcəyik. Söhbət 40 gəmidən və sanksiyalardan yayınmağa kömək edən şəxslərdən gedir”, – deyə Kallas Aİ XİN rəhbərləri Şurasının iclasından öncə bildirib.