Bakı Metropoliteni qatarların tunellərdədə qalmasına aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Bakı Metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttinin
keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur.
Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və
platformalarda normadan artıq dayanır. Arxadan gələn qatarlar da
tunellərdə və stansiyalarda dayanmalı olur.

Bu barədə Trend-in sorğusuna cavaba olaraq Bakı Metropoliteni
QSC-dən məlumat verilib.

Bildirilir ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında
kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər
iki xətt üzrə ümumi yubanmalara səbəb olub.




“Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək
üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”, –
qurumdan vurğulanıb.

Qeyd edək ki, səhər saatlarından etibarən Bakı metrosunda
problem yaranıb. Bütün stansiyalarda sərnişin sıxlığı müşahidə
edilir.

“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.