Salyanda 9 kiloqram narkotik satmaq istəyən iki nəfər saxlanılıb

Baş səhifə
Salyanda 9 kiloqram narkotik satmaq istəyən iki nəfər saxlanılıb

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

MƏLUMAT YENİLƏNİR …