Xəzər dənizində 2 nəfər itkin düşüb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi
barədə ilkin məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat
verilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub və aidiyyəti qurumlar
məlumatlandırılıb.




Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam
etdirilir.

Əlavə məlumat veriləcək.