İndoneziyada binada yanğın olub, 17 nəfər ölüb

Baş səhifə
İndoneziyada binada yanğın olub, 17 nəfər ölüb

İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada baş verən yanğın nəticəsində 17 nəfər həlak olub.

“Report” “Kompas TV”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Cakartanın polis rəisi Susatio Purnomo Kondro bildirib.

Onun sözlərinə görə, yanğın birinci mərtəbədə başlayıb və yerli müəssisələrin işçiləri alovu özləri söndürməyə çalışıblar.