Milli Məclisdə Azərbaycan dili ilə bağlı konfrans keçirilir

Baş səhifə

Bakı. Trend: Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi
inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı
konfrans keçirilir. Trend xəbər verir ki, tədbirdə Milli Məclisin
sədri və deputatları, elm və təhsil naziri, AMEA-nın prezidenti,
Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədr və başqaları
iştirak edir. Qonaqlar “Təhsil və Azərbaycan dilinin gələcək
nəsillərə ötürülməsi”, “Azərbaycan ədəbi dilinin vahid norması”, “Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və
maarifləndirmə” və s. mövzularda çıxış edəcəklər.