
Bakı. Trend:
Braziliyanın “Santos” klubunun hücumçusu Neymar mövsümün sonunda
verdiyi vədi yerinə yetirərək komandasının yüksək divizionda
qalmasında həlledici rol oynayıb.
Trend xəbər verir
ki, “Santos” “Kruzeyro” üzərində inamlı qələbə qazanaraq yalnız
elitadan düşmək təhlükəsindən qurtulmayıb, həm də mövsümü 12-ci
pillədə başa vuraraq Avropa Liqasının analoqu sayılan Cənubi
Amerika Kubokuna vəsiqə əldə edib.
Zədə səbəbindən son oyunları buraxmalı olan Neymar həkimlərin
tövsiyələrinə rəğmən ağrılarla oynamağa davam edib və hər dəfə
start heyətində meydana çıxıb. O, son dörd qarşılaşmada parlaq
performans nümayiş etdirərək 5 qol və 1 məhsuldar ötürmə ilə yadda
qalıb və bütün bunları “Santos”un elitada qalması üçün edib.
Futbolçunun bu fədakarlığı onun kluba sədaqətini və həlledici
məqamlarda məsuliyyəti öz üzərinə götürmək bacarığını bir daha
göstərib.


