
Bakı. Trend:
Azərbaycanlılar öz tarixi torpaqlarından çıxarıldığı birinci
deportasiya dalğaları 1905–1906, daha sonra 1918–1920, 1948–1953 və
1987–1994-cü illərdə baş verib.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış
azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə
aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransda İbn Haldun
Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar
Mərkəzinin direktoru professor Yaşar Sarı deyib.
O qeyd edib ki, deportasiya prosesi həm Çar imperiyası dövründə,
həm də Sovet İttifaqı zamanı baş verib.
“Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından tamamilə
çıxarılıblar. Bu yolla demoqrafik struktur köklü şəkildə
dəyişdirilib. Buna görə də, Qərbi Azərbaycana qarşı tarixi
ədalətsizlik baş verib”
Y.Sarı bildirib ki, ilk növbədə, həmin insanların öz vətənlərinə
qayıtmaq hüququnu vurğulayan hüquqi sənədlərə diqqət yetirmək
vacibdir.


