Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib

Baş səhifə
Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib.

“Report” xəbər verir ki, turun mərkəzi görüşündə “Neftçi” İK “Baku Fire”ni 8:4 hesabı ilə məğlub edib.

Digər görüşdə “Şuşa” “Lənkəran” üzərində qələbə qazanıb – 12:5.

Hər iki qarşılaşma “Olimpik Star”da baş tutub.

Qeyd edək ki, turun “Araz-Naxçıvan” – U-19 görüşü birincilərin UEFA Çempionlar Liqası matçında iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.