
Bakı. Trend:
Paytaxtın Nizami və Yasamal rayonunda velosiped, eləcə də skuter
oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlər bununla bağlı polisə məlumat
verərək ümumi dəyəri 2000 manat olan ikitəkərli nəqliyyat
vasitələrinin naməlum şəraitdə oğurlandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq
etməkdə şübhəli bilinən P.Danişyar və əvvəllər məhkum olunmuş
H.Tahirov saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

