HƏMAS-ın İsrailə təhvil verdiyi tabutda israilli girovların qalıqları olmayıb – Netanyahunun ofisi

Baş səhifə

Bakı. Trend:

HƏMAS tərəfindən İsrailə təhvil verilmiş tabutda israilli
girovların qalıqları olmayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin
Netanyahunun ofisinin bəyanatında deyilir.




“Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda keçirilmiş
şəxsiyyətin müəyyənləşdirilməsi proseduru başa çatdıqdan sonra
müəyyən edilib ki, dünən Qəzza sektorundan gətirilmiş qalıqlar iki
həlak olmuş girovdan heç birinə aid deyil”, – bəyanatda
bildirilir.

Qeyd edək ki, dekabrın 2-də İsrail hərbçiləri Qəzza sektorunda
daha bir tabutda qalıqlar qəbul ediblər. Tabutda Qəzzada həlak
olmuş İsrailli əsirlərin qalıqlarının olduğu iddia olunurdu. Onlar
İsrail ərazisinə gətirilib və identifikasiya prosedurundan
keçirilib.