Bakı. Trend:
Demokratik partiyanın ABŞ senatındakı fraksiyasının lideri Çak
Şumer üç şəhərdə yerləşən ofislərinə bomba qoyulması ilə bağlı
anonim məlumatın daxil olduğunu bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün səhər Nyu-York hüquq-mühafizə orqanları mənə Roçester,
Binqemton və Lonq-Aylenddəki ofislərimə daxil olmuş çoxsaylı
partlayış təhdidləri barədə məlumat verdilər. Məktubun mövzusu MAGA
(“Amerikanı yenidən böyük edək” –red.) olub və 2020-ci ilin
‘saxtalaşdırılmış seçkiləri’ ilə əlaqələndirilən bir elektron poçt
ünvanından göndərilib”, – o “X” sosial şəbəkəsində yazıb.
Senat əlavə edib ki, yerli və federal hüquq-mühafizə orqanları
dərhal bu hədələrə reaksiya veriblər və kompleks təhlükəsizlik
yoxlanışları aparılmaqdadır.

