Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO nümayəndələri ilə görüşüb

Baş səhifə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının üzv ölkələrinin səfirləri ilə görüşüb.

Bu barədə “Report” Azərbaycanın NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir.

Görüşdə Türkiyə, Slovakiya, Almaniya, Kanada, Danimarka, Bolqarıstan, Latviya, Lüksemburq, Böyük Britaniya, Rumıniya, Litva, Belçika, Polşa, Fransa, Estoniya, İtaliya, İsveç və Finlandiya nümayəndələri, həmçinin NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə Baş katibinin müavini Boris Ruqe iştirak ediblər.

MƏLUMAT YENİLƏNİR