Azərbaycanın bank sektoru yaşıl layihələr üzrə öhdəliyinin 17%-ni yerinə yetirib – Taleh Kazımov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bank sektoru dayanıqlı və yaşıl layihələrin
inkişafına təkcə 2025-ci ilin birinci yarısında 330 milyon manat
(öhdəliyin 17%-i) ayırıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımovun “Central Banking” onlayn jurnalında “COP29-dan sonrakı
dövrdə dayanıqlılığın təşviqi” mövzusunda dərc olunmuş məqaləsində
bildirilib.




Bildirilib ki, COP29-da ölkənin bank sektoru 2030-cu ilə qədər
“dayanıqlı maliyyə öhdəliyi” təşəbbüsünü elan edib: “Bu öhdəlik
çərçivəsində Azərbaycanın bank sektoru 2030- cu ilə qədər dayanıqlı
və yaşıl layihələrin inkişafı üçün iki milyard manat (1,2 milyard
ABŞ dolları) həcmində vəsaiti səfərbər etdiyi bəyan edib. Qeyd
etmək lazımdır ki, təkcə 2025-ci ilin birinci yarısında artıq 330
milyon manat (öhdəliyin 17%-i) ayrılıb”. B

“Bu əhəmiyyətli investisiya Azərbaycan banklarının təkcə
iqtisadi məsuliyyətlərini yerinə yetirmək deyil, habelə ətraf
mühitin dayanıqlılığı və sosial məsuliyyət üzrə öhdəliklərini qəbul
etmək əzmini nümayiş etdirir”, – məqalədə qeyd edilib.