UEFA “Napoli”yə xəbərdarlıq etdi

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi
olan “Napoli”yə xəbərdarlıq edilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti
məlumat yayıb.




UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin 4-cü turun
PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır.
Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi
bildirilib.

Qeyd edək ki, “Qarabağ”ın “Napoli” ilə oyunu noyabrın 26-da
İtaliyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da
start götürəcək.