2026-cı ildə sosial müavinət, təqaüd və kompensasiyalara 2 milyard manatdan çox vəsait ayrılacaq – Anar Əliyev

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və
kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 178.5 mln
manat və ya 9.1% çox vəsait nəzərdə tutulmuşdur.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta
fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin
müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, həmçinin növbəti ilin dövlət büdcəsində ÜDSY
üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə
isə 141,7 milyon manat vəsait qoyulmuşdur.




“Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə
reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə
tutulmuşdur.

Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi
sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin
mənzillərlə təminatına 50 mln. manat vəsaitin ayrılması nəzərdə
tutulur”, – deyə A.Əliyev qeyd edib.