Prezident İlham Əliyev: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir

Baş səhifə

Bakı. Trend:

Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində
əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi
inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir.

Trend xəbər
verir ki, bu fikir Prezident İlham Əliyevin “Beynəlxalq nəqliyyat
xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət
orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına
müraciətində yer alıb.




Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, tədbir və ən
əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin
təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin
həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına
töhfə verəcək.