“Ayaks” yeni baş məşqçi axtarışındadır

Baş səhifə

Bakı. Trend:

Erik ten Haq yenidən “Ayaks”ı çalışdıra bilər.

Trend xəbər
verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat
yayıb.




O, Con Heytinqanın istefasından sonra Amsterdam klubunun keçmiş
baş məşqçisinə təklif göndərdiyini, hələlik Ten Haqın cavabının
bəlli olmadığını bildirib.

Xatırladaq ki, “Ayaks” Çempionlar Liqasının Liqa mərhələsində
“Qarabağ”ın rəqiblərindən biridir. Komandalar arasındakı qarşılaşma
dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək.