
Miqrasiya qanunvericiliyinə əsasən, bəzi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda işləmək üçün icazə almaqdan azaddırlar.
Metbuat.az-ın məlumatına görə, belə şəxslərə daimi yaşamaq icazəsi olanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlarda işləyənlər, silahlı qüvvələrdə və ya digər rəsmi strukturlarda çalışan mütəxəssislər, akkreditə olunmuş media əməkdaşları, professor-müəllim heyəti, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan idmançılar, incəsənət xadimləri, dini qurumlarda peşəkar fəaliyyət göstərənlər və Azərbaycan vətəndaşı ilə nikahda olanlar daxildir.
Həmçinin Ələt azad iqtisadi zonasında və texnoparklarda çalışanlar, eləcə də yüksək ixtisaslı mütəxəssislər üçün də iş icazəsi tələb edilmir.
Sevinc İbrahimzadə / Metbuat.az

