​İmamoğlunun xanımının diplomatik pasportu ləğv edildi

Baş səhifə

İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun ailə üzvlərinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir.

Metbuat.az xəbər verir ki, ötən gün siyasətçinin atası və oğlu istintaqa cəlb edilib. Bu gün isə məlum olub ki, İmamoğlunun xanımının diplomatik pasportu ləğv edilib.

Bu barədə İmamoğlunun üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl açıqlama yayıb. O, qəbul edilən qərara görə təəssüfləndiyini bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.