Balakəndə baş vermiş qəza nəticəsində sürücü həyatını itirib

Baş səhifə

Bakı.Trend:

Balakəndə sürücünün həyatını itirməsi ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər
verir ki, hadisə oktyabrın 3-də qeydə alınıb.

Belə ki, Balakən rayonu, Şərif kənd sakini Yaqubov Yaqub Şəhmir
oğlu “Mercedes Benz” markalı avtomobil ilə Balakən rayonu, Şərif
kəndi ərazisində hərəkətdə olduğu zaman idarəetməni itirib,
avtomobil yol kənarında olan quma çırpılıb.




Hadisə nəticəsində sürücü Y.Yaqubov və avtomobildə olan sərnişin
Qebeyev Ramazan Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Y.Yaqubov isə aldığı xəsarətlər nəticəsində 04.11.2025-ci il
tarixdə həyatını itirib.

Faktla bağlı Balakən RPŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət
işi başlanaraq ibtidai istintaq aparılır.