
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə xalq artistinin oğlu məlumat verib.
O deyib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.
“Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var”, – o qeyd edib.
Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: “Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

