
Bir qrup silahlı şəxs Fransanın Lion şəhərindəki “Purquerie” qiymətli metalların emalı laboratoriyasını soyub. Laboratoriyada baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, soyğunçular pəncərəni partlatmaqla laboratoriyaya daxil olublar və bir neçə çanta qənimət oğurlayıblar, daha sonra isə siqnallı işığı olan avtomobildə hadisə yerindən qaçıblar.
Polis isti izlərlə beş soyğunçunun hamısını qısa vaxtda yaxalaya bilib. Bütün oğurlanmış əşyalar geri qaytarılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


