Gürcüstanın keçmiş infrastruktur nazirinin evində axtarış aparılıb

Baş səhifə
Gürcüstanın keçmiş infrastruktur nazirinin evində axtarış aparılıb

Gürcüstanın keçmiş regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin evində axtarış aparılıb.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

“Bələdiyyə fondunun kuratoru olan keçmiş infrastruktur və regional inkişaf nazirinin müavini Koba Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb”, – qurumdan bildirilib.

Qeyd edək ki, Karseladze bu ilin aprel ayında Regional İnkişaf və İnfrastruktur Nazirliyinin iki nazirliyə bölünməsindən sonra onun rəhbəri vəzifəsindən istefa verib.