Əcnəbinin “Mənim Qarabağa səfərim” kimi bir kitab yazması təqdirəlayiqdir – Çingiz Abdullayev

Baş səhifə

Bakı.Trend:

Xocalı faciəsindən sonra nə qədər xarici ölkələrə hadisə ilə
bağlı məktublar göndərsək də heç yerdə çap edə bilmirdilər.
Sonradan XXI əsrdə Heydər Əliyev Mərkəzi xarici dillərdə kitablar
çap etdi və bu, həqiqətlərin dünyaya tanıdılmasında çox təsirli
oldu.

Trend xəbər
verir ki, bu fikirləri Xalq yazıçısı Çingiz Abdullayev Nik
Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimatında
çıxışı zamanı deyib.

O bilidirib ki, çin dilindən tərcüməçilərimiz azdır.




Ç.Abdullayev “Mənim Qarabağa səfərim” kitabının müəllifinə də
təşəkkür edib:

“Əcnəbi gəlib belə kitab yazırsa bu, çox təqdirəlayiqdir. Bu
kitabın elektron variantını Yazıçılar Birliyinin saytına
yerləşdirəcəyik”.